Məşhur modelin öldürülmə səbəbi məlum oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Pleyboy” jurnalının tanınmış modeli Anastasiya
Çekatinin qətl səbəbi məlum olub.

Publika.az xəbər verir ki, Anastasiya 18 fevral 2018-ci il
tarixində həyat yoldaşı, stomatoloq Aleksey Mitaki tərəfindən qətlə
yetirilib. Cinayətkar daha sonra intihar edərək özünü də öldürüb.
Aparılan istintaq nəticəsində məlum olub ki, cütlüyün Alekseyin
məşuqəsi olduğu üçün münaqişələr yaşadığı fikri yanlışdır.

Belə ki, baş müstəntiq Aleksandr Panzır cinayət haqqında bunları
deyib:

“Biz iindi cinayət ilə bağlı daha dəqiq məlumatlara sahibik.
Faciənin əsasında şəxsi münaqişələr dayanır. Anastasiyanın qətli
qısqanclıq zəminində baş verib və cinayətkar daha sonra intihar
edərək öz həyatına da son qoyub”.

Qeyd edək ki, modelin qətlə yetirildiyi bıçaq hadisə baş verən
otaqda tapılıb. Onun üzərində Anastasiyanın qanı və həyat
yoldaşlarının əl izləri aşkarlanıb. Hadisə zamanı qapının içəridən
kilidli olması isə cinayətdə üçüncü bir şəxsin olma ehtimalının
üzərindən xətt çəkir.

Hadisə yerində cütlüyün qızı tapılıb. O, hazırda uşaq
poliklinlikasındadır və həyatı üçün heç bir təhdid yoxdur.

Ulucay Akif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp