Kral ürəyindən əməliyyat olundu
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Fevralın 26-da Mərakeş kralı VI Məhəmməd ürəyindən
əməliyyat olunub.
Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, yanvarın 20-də 54 yaşlı krala ürək ritminin pozulması
diaqnozu qoyulub.
Cərrahiyə əməliyyatı Parisdə, “Ambruaz Pare” klinikasında
keçirilib. Əməliyyatın uğurla keçdiyi bildirilir. Həkimlər
pasiyentin yaxın vaxtlarda normal həyata qayıdacağını deyib.