İŞİD-in zülmündən qaçıb gələn çeçen uşaqların DƏHŞƏTLİ HƏYAT HEKAYƏTLƏRİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın The New York Times qəzetinin əməkdaşı Endryu
Kramer İŞİD-in əlindən qoparılıb yenidən Çeçensitana, doğmalarına
geri qaytarılan körpə uşaqlar barədə yazıb.

Yüzlərlə az yaşlı uşaq ABŞ-ın rəhbərliyi altındakı koalisiya və
ya Suriya hökumət qoşunları tərəfindən İŞİD-dən azad edilən
şəhərlərin dağıntıların altından çıxarılaraq Rusiyaya təhvil
verilib. Rusiya hakimiyyəti isə onları yenidən yaxın qohumlarına
verib.

“Rusiya avqustdan bu yana 71 uşaq və 26 qadını öz yurduna geri
qaytarıb. Rusların bu insanlara yumşaq siyasətini başa düşmək olar.
Hər halda onların İŞİD düşərgələrində böyüyüb tamamilə
radikallaşmış halda ölkəyə gəlmələrindən yaxşıdır”, – müəllif
yazır.

Analitiklərin hesablamalarına görə, İraq və Suriyadakı
düşərgələrində və uşaq evlərində xarici terrorçulara mənsub 5 min
qadın və körpə saxlanılır. Uşaqlardan bir çoxu heç bir ölçüyəgəlməz
təcavüz və zorakılıqların şahidi olblar. Böyük bir qismi hətta bu
səhnələrin iştirakçısına çevriliblər. Almaniyanın Daxili
Təhlükəsizlik İdarəsinin rəhbəri Hans Georq Maasennin “Reuters”ə
bildirdiyinə görə, bu azyaşlılaırn beyinləri yuyulub: “Biz həmin
uşaqların gec partlayan canlı bombalara dönmə təhlükəsini hər zaman
hiss etməliyik”.

“Lakin bu sözləri sarı saçlı və incə barmaqlı 4 yaşlı
Bilal haqqında söyləmək çətindir. Bilal keçən yay İŞİD-in nəzarət
etdiyi ərazilərdən Rusiyaya qaytarılan ilk uşaqdır.

BİLAL.JPG (39 KB)

Bilalın nənəsi Roza Murtuzayevanın dediyinə görə, uşaq İraqda
baş verənlər barədə danışmır və atası Həsənə bağlılğını qoruyur.
“ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosula girdikdə ata və
uşaq zizəmilərdə yaşayıb. Bilal yeganə qidası olan qaynadılımış
kartofdan başqa bir şey xatırlamır. Onlar ələ keçirildikdən sonra
atası İraq həbsxanalarında yoxa çıxıb. Bilalı isə dağıntıların
altından çıxarıblar və ruslara təhvil veriblər. İndi o, uşaq
bağçasına gedir və olduqca şən və ünsiyyətcildir.

Kramerin yazdığına görə, heç də bütün uşaqlar Bilal kimi
özlərinə tez bir zamanda gəlməyiblər. Onların bir çoxu hələ də
ətraflarına kinlə baxır və susurlar.

“8 yaşlı Xədicəni Mosul küçələrinin uçulmuş binalarının
altından tapıblar. Nənəsi onu yardım qrupunun internetdə yaydığı
şəkillər içində tanıyıb.

XADİCA 2.JPG (39 KB)

Xədicə su xəndəyinin içində, əlləri yanmış və çənəsi bağlanmış
halda aşkar edilib. Qız anası, habelə iki qardaşı və bacısının
başına nə gəldiyini dəqiq demir. Xatırladığı bir şey var. Onların
hamısını güllələdilər. Xədicə isə əllərini qaldırıb və ərəbcə “atəş
etməyin” deyə yalvarıb. Bununla o sağ qala bilib.
İndi Xədicə günlərlə divanda uzanıb, geniş ekranda cizgi filmləri
sönük gözlərlə seyr edir”, – yazıda qeyd olunur.

XADİCA 1.JPG (88 KB)

9 yaşlı Adlanın sözlərinə görə isə, Mosul İŞİD-in əlində
olanda o, məktəbə gedirmiş və digər rusdilli uşaqlarla birlikdə
oynayırmış. Mosul döyüşlərində onların evinə bomba düşüb. “Adlandan
başqa ailəsinin bütün üzvləri, anası, qardaşı və bacıları həlak
olub”, – Adlanın babası Əli nəql edir.

ADLAN.JPG (91 KB)

“Uşaq bağçasının psixoloqu karandaşla rəsm çəkməyi xahiş etdikdə
Adlan ev və çiçəkləri təsvir edir. Bu isə yaxşı əlamətdir”, –
Kramer yazır.

6 yaşlı Həmzət və qardaşları Çeçenistanın Daçu Boza kəndinə
nənəsinə geri verilib. “İlkin dövrlərdə uşaqlar ancaq hərbi
oyunları oynayırdılar. Sonradan davranışları yumşaldı”, – nənə
Belant Zulqayeva müəllifə bildirib.

“Həmzətin ailəsi İraqın Telafər şəhərində yaşayıb. Atası ABŞ və
İraq ordusu ilə döyüşdə öldürülüb. Bomba onların qonşularının
evlərini yerlə bir etdikdən sonra ana Fatimə 3 oğlan uşağı və kiçik
qızla birlikdə şəhəri tərk edib. Lakin İraq hakimiyyəti nəzarət
məntəqəsində ananı uşaqlardan ayırıb həbs edib, körpələri isə
Rusiya hakimiyyətinə təhvil verib. “Onların yaşamasının özü bir
möcüzədir”, – nənə Zulqayeva “The New York Times”a göz yaşı ilə
deyib. (musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp