İlham Əliyev Mingəçevirdə səfərdədir
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə
səfərə gəliblər.
Dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri
Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi
qoydular.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə
görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və
birinci xanım Mehriban Əliyevaya məlumat verdi.