“Həyat yoldaşım bilmədi ki…” – Əməkdar artist efirdə göz yaşı tökdü – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ARB TV-nin “Səhər Səhər” verlişinin qonağı əməkdar
artisti Vaqif Mirzəyev olub.

Publika.az xəbər verir ki, əməkdar artist həyat
yoldaşının ölümündən sonra yaşadığı ağır günlərdən danışıb:

“Mən 2 ildi evdən kənara çıxmıram. Bütün dəvətlərdən də imtina
edirəm. Elə ay var idi ki, 28 gün toy olurdu. Hamısı da məni
istəyən adamlar. Onların heç birinə getmədim. Adi bir çibanın
çıxması ilə hər şey birdən oldu. Oturmuşduq divanda söhbət edirdik.
Birdən halı dəyişdi. Ayağınnan çıxan çiban bir gün içində çıxıb
partdadı, qanını zəhərlədi. Tez həkim gəldi. Həkim mənə dedi ki,
Vahid müəllim, bu xanım 5-10 dəqiqəyə komaya düşəcək. Tez
xəstəxanaya çatdırmaq lazımdır. Yolda düşdü komaya. Gecə səhərə
qədər 4-5 aparatura onun qanını yudu. Qan zəhərlənmişdi.
Professorlar, həkimlər gəlmişdi. Səhər saat 1-in yarısında ürəyi
dayandı. Heç özü də bilmədi ki, öldü. O hadisədən sonra həyatda hər
şey öldü mənim üçün”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp