“Gündəlik Bakı” qəzetinin baş redaktoruna CƏZA TƏLƏBİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və
reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş
redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş
tutan prosesdə prokuror çıxış edib.

O, Habil Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum
edilməsini təklif edib.

İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında
rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda
pul tələb edib.

Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq
yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar”
yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci
ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı
artırıb və 2016-cı ilədək Habil Hüseynovun 30 min manatını ələ
keçirib.

Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi
Rəşid Mənəfovu rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş
verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət
təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair
məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl
gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla
məmurdan xeyli pul alıb.

Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə
zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi
ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid
Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl
Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını,
eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim
Bağırovun külli miqdarda əmlakını ələ keçirib.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp