Gəncədə sərxoş sürücü qəza törətdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yol-nəqliyyat
hadisəsi baş verib.

Publika.az xəbər verir ki, şəhərin 28 May
küçəsində yol kənarında dayanmış Rasim Mustafayevə məxsus “Mercedes
Vito” markalı avtomobil hələ ki, sürücüsü məlum olmayan “KİA”
tərəfindən vurulub.

Hadisəni törədən sürücü avtomobil ilə birgə ərazidən uzaqlaşıb.
Qəza zamanı “Mercedes”ə ciddi ziyan dəyib. Şahidlərin dediyinə
görə, sürücü sərxoş vəziyyətdə olub.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma
aparılır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp