Ermənistanın Haaqadakı diplomatik nümayəndəliyi qarşısında aksiya keçirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan-Türk Kültür Mərkəzinin təşkilatçılığı ilə
Ermənistanın Niderland Krallığının Haaqa şəhərində yerləşən
diplomatik nümayəndəliyi qarşısında etiraz aksiyası
keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata
görə, şəhər rəhbərliyi tərəfindən keçirilməsinə son anda icazə
verilən aksiyada Azərbaycan, türk və digər xalqların diaspor
təmsilçiləri iştirak edib.

Əllərində Azərbaycan, Türkiyə bayraqları, Xocalı soyqırımı ilə
bağlı məlumatların əks olunduğu plakatlar tutan aksiya
iştirakçıları Ermənistanın təcavüzkar, işğalçı siyasəti, onların
Xocalıda törətdiyi insanlığa sığmayan cinayətləri ilə bağlı
müxtəlif şüarlar səsləndiriblər.

Aksiyaçılar eyni zamanda şəhər sakinlərini və qonaqları Xocalı
soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda
məlumatlandırıblar.

Mitinq Haaqada yerləşən beynəlxalq təşkilatlara və Hollandiya
hökumətinə ünvanlanmış bəyanatın oxunması ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp