Elmdə İNQİLAB – Süni göz yaradıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Harvard Universitetinin bir qrup mütəxəssisi
elektron idarə olunan süni göz yaradıb.

Trend-in məlumatına görə, süni göz kvadrat metalinza, polimer və
elektrodlardan ibarət süni əzələdən ibarətdir.

Qeyd olunur ki, süni göz insan gözünün işləmə prinsipi əsasında
işləyir. Linzanın sıxılması və açılması nəticəsində fokus yönəlir
və göz obyektləri ayırd edə bilir.

Süni göz astiqmatizm kimi görmə çatışmazlıqlarını korrektə etmək
qabiliyyətindədir. Alimlərin fikincə, bu cür gözlər təkcə
oftalmologiyada yox, həmçinin, mikroskoplarda və virtual reallıq
gözlüklərində istifadə oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp