Elmar Məmmədyarov Möllerlə görüşdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə
Bölməsinin baş direktoru Maykl Möller ilə görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə,
görüşdə keçən il Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyinin tamam
olduğunu qeyd edən nazir Elmar Məmmədyarov ölkəmizdə
sosial-iqtisadi inkişaf və Davamlı İnkişaf Məqsədlərinin yerinə
yetirilməsi sahəsində aparılan siyasət və əldə olunmuş tərəqqi
barədə məlumat verib.

Elmar Məmmədyarov ölkəmizin BMT-nin müxtəlif strukturlarında
fəal iştirak etməklə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasına və
2017-2019-cu illər üçün yenidən İqtisadi və Sosial Şuraya
seçildiyini deyərək Azərbaycanın həmçinin BMT-nin qlobal inkişafla
bağlı təşəbbüslərində yaxından iştirak etdiyini vurğulayıb.
Ölkəmizin BMT-nin 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf
üzrə Gündəliyə qoşulmasından məmnunluğunu ifadə edən nazir
Azərbaycanın milli inkişaf strategiyasını Davamlı İnkişaf
Məqsədləri ilə uyğunlaşdırmaq üçün bir sıra dövlət proqramlarını
qəbul etdiyini bildirib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli
üzrə aparılan danışıq prosesi barədə məlumat verib və münaqişənin
BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü
və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

M.Muller Azərbaycanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu
qeyd edərək ölkəmizin sürətli inkişafının, sosial-iqtisadi
məsələlərin həllindəki qərarlarının örnək olduğunu bildirib. BMT
tərəfindən qəbul edilmiş və 17 sahəni əhatə edən “2030: Davamlı
inkişaf hədəfləri” strategiyası ilə bağlı Azərbaycanda ciddi işlər
görüldüyünü bildirən M.Möller Azərbaycan təcrübəsinin BMT
çərçivəsində təşviq edilməli olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin
25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsinə Azərbaycan
dövlətinin hədiyyəsi olaraq təqdim edilən “Düşüncələr və arzular”
adlı heykəltəraşlıq abidəsinin mövcud müsbət əməkdaşlığımızın rəmzi
nümunəsi olduğunu deyib.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə də
fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp