Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Respublikanın daxili işlər orqanları tərəfindən gün
ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti
izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, əvvəlki
dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 12-nin açılması
təmin olunub.

Axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə
təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2,
qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp