Başına 4 milyon qoyulan terrorçu sərbəst buraxıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Praqa məhkəməsi PYD-nin (PKK terror təşkilatının Suriya
qolu –red.) keçmiş həmsədri Saleh Müslimlə bağlı Türkiyənin
istəyini rədd edib.
Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, o, məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, İnterpol vasitəsilə axtarışa verilən Saleh Müslim
fevralın 25-də Çexiyanın paytaxtı Praqada saxlanılmışdı. Türkiyə
isə onun ekstradisiyasını tələb etmişdi.
Onun adı Türkiyənin Daxili İşlər Nazirliyinin “terrordan
axtarılanlar” siyahısında idi və başına 4 milyon lirə mükafat
qoyulmuşdu.
Ömər