Bakıda vəzifəli şəxsin valideynləri eyni vaxtda vəfat etdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycan Respublikası Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) direktor əvəzi Gülşən Paşayevanın
valideynləri vəfat edib.
Dünən Gülşən Paşayevanın atası, professor Məmmədəli Paşayev 91
yaşında dünyasını dəyişib. Bundan bir neçə saat sonra isə alimin
həyat yoldaşı, G.Paşayevanın anası Şərgiyyə Paşayeva rəhmətə
gedib.
Allah rəhmət eləsin! (lent.az)