Azərbaycandan Moldovaya narkotik daşınması xəbərinə DGK-dan REAKSİYA
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük
aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.
Bu barədə Publika.az–a Dövlət Gömrük
Komitəsindən Azərbaycandan tranzit yolla Əfqanıstandan Avropaya
narkotiklərin daşınması barədə yayılan məlumatlara münasibət
bildirərkən deyiblər.
Ötən gün Moldovanın prokurorluq və sərhəd polisi rəsmilərinə
istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə
məlumatlar yayımlanmışdı. Məlumatda narkotik vasitələrin daşındığı
ehtimal edilən marşrutlar sadalanıb və bu marşrutlarda adları
sadalanan ölkələr arasında Azərbaycanın da olduğu qeyd edilib.
DGK bəyan edir ki, ölkəmizin gömrük orqanları narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparır
və Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan
hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.