Azərbaycan neftinin SON QİYMƏTİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 68,87
dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan
göstəricidən 0,77 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin
neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti fevralın 26-da 68,2 dollar/barel təşkil edib ki,
bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın
26-da 64,04 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə,
əvvəlki qiymətdən 0,87 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti isə fevralın 26-da 67,64 dollar/barel təşkil edib. Bu,
əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp