“Atam birinin başını kəsdi, o birinə də…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ARB TV-nin”Rezonans”verilişi bu dəfə məhbus Abdulla
Xəlilovun həbsxana hekayələrini təqdim edib.

Abdulla Xəlilov (cəzası 7 il): “Anam 1 yaşım olanda vəfat etdi.
Atam ikinci dəfə evləndi. Futbol həyatımın mənasıdır. Uşaq vaxtı
məhlədə polis-bandit oynayanda onları”podyez”ə salıb döyüb deyirdim
ki, banditlik etməyin. Polis olmaq istəyirdim.

Atamı ilk dəfə Bayıl həbsxanasında görmüşəm. 14-15 yaşım olanda
isə Ukraynaya atamın yanına getdim. İlk dəfə narkotiki orada
istifadə etdim. Atamın orada düşmənləri var idi. Bir gün pivəxanada
oturmuşduq və bunlar gəldi. Söhbətləri uzandığı üçün atam məndən
evə gedib bıçağı gətirməyimi istədi. Bıçağı ona verəndə atam
birinin başını kəsdi, birinə isə 3-4 dənə soxdu. İkisini də
öldürdü. Mən də yerimdə donub qaldım. Atam ondan əvvəl də həbsdə
olmuşdu. Bu hadisədən sonra Bakıya qayıtdım. Bizim “kruq”un pis
olduğunu deyirdi, amma qulaq asmırdım. Kaş ona qulaq asardım.

Mənim mühitim pis oldu, ona görə dəyişdim. Oğurluq edirdik,
qapazı vurub telefonunu, pulunu alırdıq. Bura düşməyim böyük
səhvdir. Uşaq həbsxanasında olanda 1 günlük şəhər gəzintim ən
unudulmaz anımdır. Futbolçu olmuşam.”Bakı”,”İnter”,”Neftçi”kimi
klublarda oynamışam. O günləri yadıma salıb, kaş ki, davam edə
bilsəydim, deyirəm. Bir qızı sevirdim. Mənə görə çox problem
yaşayıb. Tutulandan bura danışmamışam. Bir dəfə zəng edib səsinə
qulaq asıb dəstəyi asmışam. Məktub yazırdım, üzüm gəlmirdi
göndərməyə, cırıb atırdım. Çıxandan sonra hərbi xidmətə getmək
istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp