Amsterdamda AXC-nin və soyqırımının 100 illiyinin Avropada təbliği müzakirə olunur



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Niderland Krallığının paytaxtı Amsterdamda Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində
kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının
100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə
bağlı müzakirələr keçirilir.

Avropa ölkələrindən toplanan diaspor təşkilatları, bir sıra
ölkələrin siyasətçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı
ilə müzakirələr Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda bu
gün baş tutan növbədənkənar qurultayı çərçivəsində olacaq.

Qurultayda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov, Azərbaycandan bir sıra aparıcı KİV-lərin
rəhbərləri iştirak edir.

AAK prezidenti Sahil Qasımov bildirib ki, müzakirələr zamanı
Azərbaycan prezidentinin “2018-ci ilin Azərbaycanda “Azərbaycan
Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamına uyğun
olaraq Avropa ölkələrində 100 illiyin qeyd edilməsi ilə əlaqədar
tədbirlər planı qəbul ediləcək. Eyni tədbirlər planı “1918-ci il
azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan
prezidentinin sərəncamına uyğun olaraq qitə ölkələrində təbliğat
işləri barədə qəbul olunacaq. Tədbirlər planında Avropa ölkələrinin
rəsmi dairələrində soyqırımı ilə bağlı hüquqi sənədlərin tanınması,
qanunverici orqanlarda sənədlərin müzakirəsi və s. məsələlər yer
alır.

Qurultay Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə keçirilir. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp