aldadıb yataq otağına saldı, zorladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Şabran rayonunda azyaşlıya qarşı seksual xarakterli
zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2002-ci il
təvəllüdlü Rəşad Şövlətovun cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.

Publika.az xəbər verir ki, Rəşad Şövlətov
Şabran rayonu Ağalıq kənd orta məktəbinin 8-ci sinif şagirdi olub.
O, kəndlərində yerləşən evlərində özündən 10 yaş kiçik azyaşlı,
2012-ci il təvəllüdlü Sahib Babayevə (ad və soyad şərti verilib –
red.) qarşı seksual zorakılıq hərəkətləri edib.

Oyuncaq vermək adı ilə aldatdı

Rəşad Şövlətov 17 may 2017-ci il tarixdə, saat 13.00-da yaşadığı
evin yaxınlığında qonşusu Sahib Babayevin həyətdə oynadığını görüb.
O, həmin vaxt Sahiblə intim əlaqədə olmaq niyyətinə düşüb.

Bu niyyətini həyata keçirmək istəyən Rəşad Şövlətov Sahib
Babayevin köməksiz vəziyyətindən istifadə edib və onu oyuncaq
vermək adı ilə aldadıb.

Döydü, cinsi əlaqədə oldu

Sahib Babayev Rəşad Şövlətovun ona oyuncaq verməsinə inanıb və
onların evinə gedib. O, Sahibi evdə yataq otağına salıb, onunla
cinsi əlaqədə olmaq istədiyini deyib.

Lakin Sahib Babayev onun bu istəyindən imtina edib. Bu zaman o,
Sahib Babayevi döyərək, paltarını soyundurub. Sonra onunla
qeyri-təbii yolla cinsi əlaqədə olub.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Rəşad Şövlətovun barəsində Cinayət
Məcəlləsinin 150.3.2-ci (təqsirkar üçün aşkar surətdə yetkinlik
yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq
hərəkətləri etmək) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə
on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq
hərəkətləri etmək) maddələri ilə ittiham elan olunub.

Azyaşlı təcavüz etdi, şərti cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Şövlətovun
barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi
tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 7 il 8 ay 14 gün
müddətinə şərti cəza verilib.

Məhkəmənin qərarı ilə Rəşad Şövlətovun barəsində seçilmiş “başqa
yerə getməmək haqqında haqqında iltizam” qətimkan tədbiri
dəyişdirilmədən saxlanılıb.

Prokurordan etiraz

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.
Prokuror protestində göstərib ki, hökmdən Cinayət Məcəlləsinin
70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə
dəyişdirilməldir.

Prokuror protestini onunla əsaslandırıb ki, Cinayət Məcəlləsinin
70-ci maddəsinə əsasən məhkəmə cəzanı şərti hesab etməklə sınaq
müddəti müəyyən edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran
halları nəzərə almaqla cəzanın fərdiləşməsinə xüsusi diqqət
yetirməli, əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini
nəzərə almalıdır.

“Azyaşlı mənəvi psixoloji təsirə məruz
qalıb”

Prokurorun fikrincə, məhkəmə təqsirləndirilən şəxsin yetkinlik
yaşına çatmadığını cəzanı yüngülləşdirən hal kimi qəbul etsə də,
cinayətin azyaşlı köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı
törədilməsini nəzərə almayıb: “Qeyd edilən cinayət hadisəsi
zərərçəkmiş şəxsi mənəvi psixoloji təsirə məruz qoyub və mənəvi
iztirablara düçar edib. Məhkəmə qeyd olunan cinayət əməlinin ağır
nəticələrinə əhəmiyyət belə verməyib”.

Prokurorun qeydinə görə, törədilmiş cinayət ağır cinayətlər
kateqoriyasına aiddir: “Məhkəmə Cinayət Məcəlləsinin 58, 59, 70-ci
maddələrinin tələblərinə formal yanaşaraq məhkuma cəza təyin
edərkən, onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai
təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış və əsassız
olaraq onun cəzaçəkmədən islah olunacağını hesab edib. Cinayət
Məcəlləsinin 72.1-ci maddəsinə əsasən ilk dəfə böyük ictimai
təhlükə törətməyən şəxsin təqsirini boynuna alması, cinayətin
üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş
ziyanı ödəməsi onu cinayət məsuliyyətindən azad edə bilər ki,
məhkumun hərəkətlərində isə könüllü gələrək təqsirini boynuna alma
halı müəyyən edilməyib”.

Prokurorun protesti təmin edilmədi

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya
Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş
tutan prosesdə prokurorun apelyasiya protestinin dəlilləri
araşdırılıb.

Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırandan
sonra qərar elan edib. Qərara görə, prokurorun protesti təmin
edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə
saxlanılıb.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp