Ağstafa sakini güllələndi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ağstafada güllələnmə olub.
Rayon sakini, 1984-cü il təvəllüdlü Niyazov Rauf Fikrət oğlu sol
qolun və sol budun güllə yarası xəsarəti ilə xəstəxanaya
yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi
olduğu bildirilir.
R. Niyazovun hansı şəraitdə güllə yarası aldığı hələlik məlum
deyil.
Faktla bağlı araşdırma aparılır.