Ağsaqqallar Şurasının qurultayı keçirilir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı
başlayıb.

Qurultaydan əvvəl Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Fəxri
xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət
ediblər.

Qurultayda Heydər Əliyev, habelə müstəqillik uğrunda şəhid
olanların və dünyasını dəyişən ağsaqqalların ruhu yad edilib.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, 203 qurultay
iştirakçısından 198-i toplantıya qatılıb.

Qurultay işini gündəliyə uyğun davam etdirir. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp