ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir – ŞOK İDDİA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ Türkiyəni Rusiyadan “S-400” zenit-raket
komplekslərinin alınmasından imtina etməyə çağırıb, əks təqdirdə
Ankara barəsində sanksiyalar tətbiq edilə bilər.

Publika.az xəbər verir ki, bu haqda
Vaşinqtondakı mənbəyə istinadən “Habertürk” nəşri bildirib.

Qəzetin həmsöhbətinin sözlərinə görə, ABŞ-da yaranmış vəziyyətə
görə narahatlığı ifadə edirlər. Bildirilir ki, Türkiyənin sözügedən
kompleksləri alması NATO-nun operativ uyğunluğuna təsir edə bilər.
Bu baxımdan, Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin daxil
edilməsi istisna olunmur.

Amerika məmuru qeyd edib ki, ABŞ ən yaxşı alternativlər tapmaq
və hava hücumuna qarşı müdafiə ehtiyacını təmin etmək üçün
Türkiyəyə kömək etmək istəyir.

Xatırladaq ki, “S-400” zenit-raket komplekslərinin çatdırılması
üzrə müqavilə Rusiya və Türkiyə arasında 2017-ci ilin dekabrında
imzalanıb.

Qeyd edək ki, “S-400” ən yeni böyük mənzilli zenit-raket
kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik
hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik
hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı
raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik
raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi
aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan
hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən
azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi
ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək
mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə
eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp