ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
ABŞ Liviyaya qarşı sanksiyaları
genişləndirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ
Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft
məhsullarının satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə
yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi
daxil edilib.
“Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini pozur, “qara
bazar”ı genişləndirir və ölkədə qeyri-sabitliyin artmasına səbəb
olur”, məlumatda deyilir. ABŞ vətəndaşları və təşkilatlarına “qara
siyahı”ya daxil edilən şəxslər və şirkətlərlə əməkdaşlıq etmək
qadağan edilib.