ABŞ buna nə deyəcək? – Vaşinqtonun TEZİSİ ÇÖKDÜ – ŞOK FOTOLAR
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya
Ordusunun (ASO) həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə
ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan
PYD-nin silahlı qanadı –red.) Hasekedə güclənməyə
çalışır.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, terror təşkilatı şəhərin girişində yerləşən böyük
lövhədən keçmiş prezident Hafiz Əsədin (indiki president Bəşər
Əsədin atası –red.) şəklini endirərək onu PKK-nın lideri Abdullah
Öcalan və digər terrorçuların şəkilləri ilə əvəz edib.
Bu isə PYD-nin PKK ilə bağlantısını növbəti dəfə sübut edib.
Qeyd edək ki, Türkiyə PYD-nin PKK-nın bir qolu olduğunu açıqlasa
da, ABŞ bunu qəbul etmir və terror təşkilatına yardımlarını davam
etdirir. ABŞ-ın terror təşkilatına yardımları Ankara-Vaşinqton
xəttində gərginlik yaradan əsas məsələ hesab olunur.
Ömər Dağlı