Xocalı faciəsi ilə əlaqədar hərbi hissələrdə anım tədbirləri keçirildi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri
general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına
əsasən Müdafiə Nazirliyinin hərbi hissələrində silsilə tədbirlər
keçirilib.
Müdafiə nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, bu gün hərbi
hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə “Xocalı
soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq
dərslərində mövzuya dair mühazirələr oxunub, “Xocalıya ədalət”
beynəlxalq kampaniyası çərçivəsində tədbirlər və faciənin şahidləri
ilə görüşlər keçirilib.