Uşaqlarınıza “yox” deməyi və qışqırmağı öyrətməsəniz, bu dəhşəti YAŞAYA BİLƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Uşağa birinci dərəcə qohumu olsa belə, bədəninə
toxunmaq istəyən birinə “xeyr” deməsini öyrədin”

Publika.az xəbər verir ki, Türkiyənin Üsküdar
Universitetinin rektoru, psixiatr Nevzat Tarhan bununla bağlı
açıqlama verib.

Rektor bildirib ki, uşaqlara “xeyr” deməsini öyrətmək lazımdır.
Rektor son vaxtlar gündəmdə olan uşaq istismarı və uşaqların mövcud
təhlükələrdən qorunması ilə bağlı məlumat verib.

“Uşaq yeriməyə başlayandan ona məhrəmiyyət anlayışı
öyrədilməlidir. Uşağın bədənində özəl bölgələr var. Onda pis
təəssürat yaratmasın deyə “alt paltarlarının olduğu bölgələrə
səndən başqa heç kim toxuna bilməz. Sən icazə vermədən həmin
bölgələrinə biz belə toxuna bilmərik”, deyərək uşağı bu mövzuda
məlumatlandırmaq lazımdır”.

Psixiatr tualetin öyrədilməsindən sonrakı dövrün önəmli
olduğununa diqqət çəkib:

“Xüsusən də, məktəb yaşlarında uşaqlara onların bədəninə
toxunmaq istəyənlərə “xeyir” demək bacarığı aşılanmalıdır. İstismar
yaxın çevrəmizdən gəlir. Cinsi istismar son nəticədir. Bundan
əvvəl, “emosional laqeydlik”, “emosional istismar”, “fiziki
laqeydlik” və “fiziki istismar” halları yaşanır.

Aparılan araşdırmalara görə, bu 4 məqamdan sonra uşağa qarşı
cinsi istismar 60-70 faiz hallarda onların yaxınlığındakı birindən
olur”.

Psixiatr ailələrdə uşaqlara qışqırmağı öyrətməyi tövsiyə
edib:

“Uşağın istismara məruz qalmasından şübhələnsəniz belə, ondan
birbaşa soruşmağa çalışmayın. Bir oyun əsnasında, uşağın özünü
rahat hiss etdiyi yerdə ona diqqət edin. Xüsusən də, oyun zamanı
oyuncaqlarının düzülüşü və qurduğu oyun zamanı o yaşadığı
hadisələri təqlid edəcək”.

5 yaşdan sonra uşaqlar söz və duyğu ifadəsi anlayışı yavaş-yavaş
başladığını deyən rektor uşaqlarla güvən duyğusu qurulduğu halda
onların problemlərini rahatlıqla valideynlərinə aça biləcəyini
ifadə edib.

Bacı və qardaşları ilə fərqli yataqlarda yatmasının vacibliyinə
toxunan professor uşaqlarda məhrəmiyyət anlayışının öyrədilməsinin
mütləq olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp