Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı soyqırımının
26-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda soyqırım
və Azərbaycan torpaqlarının illərlə davam edən işğalı şiddətlə
qınanılır.

“Türkiyə olaraq 26 il əvvəl Xocalıda azərbaycanlı
qardaşlarımızın üzləşdiyi qəddar hücumları və qətliamı həmişə
qəlbimizin dərinliklərində hiss edir və bu kədəri paylaşırıq”, –
bəyanatda deyilir.

Qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci
il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı
şəhərinə edilən hücumda qadın və uşaqlar da daxil olmaqla, yüzlərlə
Azərbaycan vətəndaşı qətlə edilib və yaralanıb, mindən çox insan
əsir götürülüb.

Bəyanatda Azərbaycan torpaqlarının 20 faizinin hələ də
Ermənistanın işğalı altında olduğu, bir bir milyondan çox insanın
öz ölkəsində qaçqın kimi yaşamaqda olduğu vurğulanıb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp