Sabahın HAVA PROQNOZU



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
olacaq
.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, gecə və səhər arabir güclənən şimal-qərb
küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6,
gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm
civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil
edəcək.

Bəzi rayonlarda sabah arabir yağış, dağlıq ərazilərdə qar
yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Arabir
duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun
gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,
gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp