Qahirədə Xocalı qurbanları anıldı – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı
Səfirliyinin və burda fəaliyyət göstərən “Vətənpərvər” diaspora
təşkilatları birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər
keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən məlumat
verilib.

Belə ki, Qahirədəki səfirlikdə Xocalı soyqırımı ilə əlaqədar
anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Qahirədə
yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Tural Rzayev 26 il bundan əvvəl Xocalıda
mülki əhaliyə erməni yaraqlıları və onların havadarları tərəfindən
törədilən soyqırımdan söhbət açıb. Xocalı soyqırımı ilə əlaqədar
ilk siyasi qiyməti Azərbaycan xalqının ümumilli lideri Heydər
Əliyev tərəfindən verildiyini bildirib. Dünyada mövcud olan ikili
standartlardan söhbət açan səfir, Xocalı soyqırımını törədən
qatillərin hələ də cəzasız qaldığını təəssüf hissi ilə
vurğulayıb.

Tədbirdə çıxış edən Misirdəki diasporamızın rəhbəri, araşdırmaçı
alim Seymur Nəsirov tədbirdə iştirak edən gənclərimizin sosial
şəbəkələrdən daha fəal istifadə etmələrinə və xalqımızın taleyüklü
məsələləri, o cümlədən Xocalı soyqırımı ilə əlaqədar materialları
yaymağı tövsiyyə edib. Heydər Əliyev fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə uğurla aparılan “Xocalıya Ədalət”
kompaniyasında fəal iştirak etmələrinə çağırıb. Daha sonra tədbir
iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar səfirlikdə təşkil
olunan fotosərgi ilə tanış olublar, sənədli filmə baxıblar.

Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublika
ombudsmanının, o cümlədən Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi və Baş Prokurorluğun bəyanatları Misir Xarici İşlər
Naziri, Parlamenti və əlaqədar təşkilatlara göndərilib.

Xocalı soyqırımı ilə əlaqədar Misirin kütləvi informasiya
vasitələrində də məqalə və xəbərlər əksini tapıb.

http://www.youm7.com/story/2018/2//20/365975/

http://www.youm7.com/story/2018/2//20/3666685/

http://www.albawabhnews.com/2961015

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp