Putin ordusu üçün yeni müqavilə imzaladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya prezidenti Vladimir Putin ölkəsinin ordusu üçün
yeni silah tədarükü proqramını təsdiq edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya baş
nazirinin köməkçisi Dmitri Roqozin məlumat verib.

D.Roqozin proqramda nəzərdə tutulan mövzuları diqqətə
çatdırıb:

“Yeni silah tədarük proqramı Putin tərəfindən imzalanıb. Proqram
robot təchizatçılar, kəşfiyyat sistemləri, hücum və kəşfiyyat üçün
istifadə edilən pilotsuz təyyarələr, təyyarələrin yanğından
qorunması kimi mövzuları ehtiva edir. Proqram çərçivəsində 200-ə
yaxın silah və hərbi təchizat sınaqdan keçirilib. NATO-nun hərbi
potensialını artırması, ABŞ-ın qlobal təhlükə düşüncəsini tətbiq
etməsi, kosmosa silah tuşlama və strateji silahların
mövqeləndirilməsi istəyi diqqətdən kənarda saxlanılmamalıdır.
Proqramda bunların hər birinə uyğun qarşılıqlar var”.

D.Roqozin 2021-ci ildə ordudakı modern təchizat faizinin 70-ə
çatacağını qeyd edib.

Ordudakı NATO və ABŞ ölkələri tərəfindən istehsal edilən 200,
Ukrayna tərəfindən istehsal edilən 100 silahın Rusiya istehsalı
silahlarla dəyişdirilməsini vurğulayan köməkçi təchizatın daha da
müasirləşdirilməsinin hədəf olduğunu deyib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp