Prezident Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı
soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai rayonunda faciə
qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət
edib.
Publika.az xəbər verir ki, faciə qurbanlarının
xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi
düzülüb.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin
deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini
konfessiyaların başçıları, habelə Xocalı faciəsinin canlı şahidləri
iştirak ediblər.