Moskvanın “C planı”, Türkiyəni partlatmaq üçün verilən SİFARİŞ…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin Jandarma Xüsusi Hərəkat və Polis
Xüsusi Hərəkat birlikləri Afrinə girib.
Suriyadakı 5
qruplaşma Şərqi Qutada vahid idarəetmə mərkəzi yaratmaq barədə
razılıq əldə edib.
Moskva Avropa Birliyindən heç vaxt
sanksiyaların ləğvini istəməyəcək.
Şimali və Cənubi
Koreyanın diplomatları bağlı qapılar arxasında danışıqlara
başlayıb. Amerikalı mütəxəssislər Koreya Xalq Demokratik
Respublikasının (KXDR) Tokioya nüvə zərbəsinin mümkün nəticələrini
qiymətləndiriblər.

“ABŞ-ın Suriyada sərgilədiyi mövqedə olan
ziddiyyətlər artıq davam etdirilə bilməz”.
Bu haqda
İngiltərənin “Financial Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD terror təşkilatına verdiyi
dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola
bilər.

“ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə
qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə
səbəb ola bilər”, – “Financial Times” qeyd edib.

Müdafiə Nazirliyinin əmrinə verilən Türkiyə Daxili
İşlər Nazirliyinə bağlı Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi
Hərəkat birlikləri Afrinə girib.
Birliklər “Zeytin
budağı” hərəkatı çərçivəsində təmizlənən kəndlərə terrorçuların
sızmasının qarşısını alacaq və yaşayış məntəqələrində əməliyyatlara
qatılacaq.

İraq və Suriyada çətin vəziyyətdə olan İŞİD
Türkiyədə baza quracaq və buradan Qərbə hücuma
hazırlaşacaq.
Bu barədə Pentaqonun “RAND Corporation”
analitik şirkətinin hesabatında bildirilib.

Məlumata görə, İŞİD üzvləri Avstraliyadan dəhşətli partlayış
gücünə malik olan elektron cihaz sifariş edib və artıq Türkiyədə
böyük partlayış törətmək niyyətilə uyğun məntəqənin seçilməsi üçün
kəşfiyyat işlərinə başlayıb. Bu partlayışdan sonra ölkənin
qarşıdurma meydanına çevriləcəyi bildirilib.

“Kölgə Pentaqon” olaraq da tanınan RAND-ın hesabatında bu
iddialar “Ərdoğanın ölümcül kor nöqtəsi” başlığı ilə verilib və
istər Türkiyə təhlükəsizlik orqanları, istərsə də rəhbərlik
yaxınlaşan təhlükəni görməzdən gəlməkdə ittiham olunub.

Suriyadakı 5 qruplaşma Şərqi Qutada vahid idarəetmə
mərkəzi yaratmaq barədə razılıq əldə edib.
Bu barədə
informasiyanı Suriyada Döyüşən Tərəflərin Barışdırılması Mərkəzi
yayıb. Mərkəz Əsədə qarşı ittifaq yaradan qrupların Ceyş əl-İslam,
Nüsrə Cəbhəsi, Əhrar əş-Şam, Feylak ər-Rəhman və Fəcr əl-Umma
olduğunu bildirib.

Qeyd edək ki, son günlər Şərqi Qutada vəziyyət gərginləşib.
Suriya ordusu Rusiyanın dəstəyi ilə bölgədə genişmiqyaslı
əməliyyatlara başlasa da, hələlik heç bir uğur əldə edə
bilməyib.

Rusiya generalı məxfi şəkildə Səudiyyə Ərəbistanına
səfər edib
.
Bu barədə informasiyanı “İAREX.ru” saytı
yayıb. Sayt generalın Ər-Riyada xüsusi məqsədlə getdiyini qeyd
edib.

“Rusiyanın Suriyaya göndərdiyi beşinci nəsil təyyarələr olan
S-57-lər artıq döyüşlərə qatılıblar və Şərqi Qutadakı döyüşçüləri
bombardman ediblər. Bir neçə saat əvvəl isə Suriyadakı Rusiya
qruplaşmalarının komandanı Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə
Səudiyyə Ərəbistanına uçub. Rus general Ər-Riyaddan Qutadakı
döyüşçülərin çıxarılmasını tələb edib.

General əks halda Qutaya qarşı “Qroznı bombardmanı” ssenarisini
tətbiq edəcəyini bildirib”, – məlumatda vurğulanıb.

Rusiyanın beşinci nəsil S-57 təyyarələri Şərqi
Qutadakı amerikalı hərbçilərə zərbə endirib.
Bu
məlumatı Rusiyanın REX agentliyi yayıb. Hücum nəticəsində 2 min
amerikalı döyüşçünün həlak olduğu iddia edilib. Bu döyüşçülərin
özəl hərbi şirkətlərdən birinin tərkibində döyüşə qatıldıqları
vurğulanıb:

“İndi artıq heç kimi bunun rusların qisası olduğuna şübhə etmir.
ABŞ Dövlət Departamenti bundan sonra Moskvaya zəng etməyə çalışsa
da, Rusiyada onların zənginə heç kim cavab verməyib”.

Rusiya agentliyinin bu iddiasını hələlik tərəflərdən heç kim
təsdiqləməyib.

Qeyd edək ki, bundan öncə ABŞ Suriyada “Vaqner” özəl hərbi
şirkətinin döyüşçülərini bombardman edib, nəticədə 300 hərbçi
ölüb.

Rusiyanın Suriyaya göndərdiyi “Su-57” beşinci nəsil
qırıcıları ilə bağlı yeni görüntülər ortaya çıxıb.

İsrailin “Haaretz” qəzeti Suriyaya göndərilən qırıcıların yeni peyk
görüntülərini dərc edib.

“Yaxın Şərqdə indiki vəziyyət deməyə əsas verir ki,
2019-cu ildə İran və İsrail arasında müharibə baş verə
bilər”.
Belə proqnozla “National Interest” nəşrində
keçmiş prezident Ronald Reyqan dövründə administrasiyada işləyən
milli təhlükəsizlik üzrə mütəxəssis Reymond Tanter və beynəlxalq
münasibətlər üzrə ekspert Ayven Saşa Şihan çıxış ediblər.

“2018-ci ilin yanvarda qarşımıza sual qoyurduq: 2018-ci il İrana
inqilab gətirəcək? İndi biz soruşuruq: 2019-cu ildə İsrail və İran
arasında müharibə olacaqmı?” – müəlliflər yazırlar.

Moskva Avropa Birliyindən heç vaxt sanksiyaların
ləğvini istəməyəcək.
Bunu jurnalistlərə açıqlamasında
Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə
görə, Moskva bu istiqamətdə, ümumiyyətlə, heç bir danışıqlar
aparmayacaq.

Şimali və Cənubi Koreyanın diplomatları bağlı
qapılar arxasında danışıqlara başlayıb.
Bu barədə
informasiyanı NHK televiziyası yayıb. Televiziya danışıqların
Cənubi Koreyadakı bir oteldə baş tutduğunu bildirib.

Avropa Birliyi Şimali Koreyaya qarşı sanksiyaları
gücləndirib.
Bu barədə məlumatı Avropa Birliyi Şurası
yayıb. Bundan öncə ABŞ Şimali Koreyaya qarşı sanksiyaları
sərtləşdirmişdi.

ABŞ-ın “National Interest” nəşrinin mütəxəssisləri
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə
zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər.

Ekspertlər analiz vaxtı Texnologiya İnstitutunda “Nukemap” xüsusi
proqramını tətbiq ediblər.

Nəşr qeyd edir ki, Yaponiya KXDR üçün ikinci dərəcəli aktyor
olaraq qalır, ABŞ Pxenyanın əsas rəqibi kimi çıxış edir. Bu
baxımdan, vurğulanır ki, Şimali Koreyanı əsasən Yaponiya
adalarındakı Amerika bazaları maraqlandırır. Ekspertlər əminliyi
ifadə edirlər ki, ABŞ-ın hərbi obyektləri Koreya yarımadasında
münaqişənin baş verməsi halında əsas rol oynaya bilər. Amerika
bazalarının Şimali Koreya hərbçilərinin başlanğıc hədəfi olacağı
bildirilir.

Xüsusi halda, ekspertlər ABŞ-ın “Yokota” hərbi obyektinə
zərbənin vurulacağına əmindirlər.

“Ukrayna onun hazırda nəzarət etdiyi ərazilərə
mümkün qədər daha çox diqqət ayırmalıdır. Kiyevin nəzarət etdiyi
ərazilər inkişaf etdirilməli, korrupsiyaya qarşı ciddi kampaniyalar
və ciddi iqtisadi islahatlar aparılmalıdır”.
Bunu
Rusiya mövzusu üzrə tanınmış mütəxəssis, bir sıra Amerika və Rusiya
nəşrlərinin müxbiri, Vaşinqtondakı Avropa Siyasətinin Analizi
Mərkəzinin (CEPA) böyük elmi işçisi Brayan Uitmor Ukraynanın
“Apostrof” nəşrinə deyib.

Sülhməramlıların Donbasda yerləşdirilməsi ilə bağlı təkliflərə
toxunan analitik Kiyev və Qərbə çox ehtiyatlı olmağı məsləhət
görüb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp