Milyonlarla insan MƏHV OLACAQ – Xüsusi proqram nəticələri QİYMƏTLƏNDİRDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın “National Interest” nəşrinin mütəxəssisləri
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə
zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər
.

Publika.az xəbər verir ki, ekspertlər analiz
vaxtı Texnologiya İnstitutunda “Nukemap” xüsusi proqramını tətbiq
ediblər.

Nəşr qeyd edir ki, Yaponiya KXDR üçün ikinci dərəcəli aktyor
olaraq qalır, ABŞ Pxenyanın əsas rəqibi kimi çıxış edir. Bu
baxımdan, vurğulanır ki, Şimali Koreyanı əsasən Yaponiya
adalarındakı Amerika bazaları maraqlandırır. Ekspertlər əminliyi
ifadə edirlər ki, ABŞ-ın hərbi obyektləri Koreya yarımadasında
münaqişənin baş verməsi halında əsas rol oynaya bilər. Amerika
bazalarının Şimali Koreya hərbçilərinin başlanğıc hədəfi olacağı
bildirilir.

Xüsusi halda, ekspertlər ABŞ-ın “Yokota” hərbi obyektinə
zərbənin vurulacağına əmindirlər. Baza ilə Yaponiya paytaxtı Tokio
arasındakı məsafə 50 kilometrdən də azdır. Belə ssenarinin
reallaşması zamanı təxminən 13 min insan həlak olacaq, daha 45 mini
zərər çəkəcək. Ancaq, mütəxəssislər güman edirlər ki, nüvə
çöküntüləri paytaxta çatmayacaq.

Tokionun Kasumiqaseki rayonunu nüvə zərbəsinin nəticələri daha
qorxunc olaraq. Bu rayonda hökumət strukturları yerləşir. Zərbə 24
mindən çox insan həyatına son qoyacaq, daha 91 mini zərər çəkəcək.
Ancaq Sindzyukuda yerləşən Yaponiyanın Müdafiə Nazirliyinə zərbə ən
dağıdıcı olacaq. Mütəxəssislərin hesablamalarına görə, 57 min insan
öləcək, təxminən 128 mini zərər çəkəcək. Ekspertlər vurğulayırlar
ki, bu zərbələr ən dağıdıcı olacaq və radioaktiv çöküntü Tokionun
ən sıx məskunlaşmış rayonlarına yayılacaq.

Həmçinin, analitiklər qurbanların sayına təsir edə biləcək bir
neçə amil qeyd edirlər. Bunlardan biri odur ki, Tokioda nəqliyyat
sistemi fövqəladə hallarda müvəqqəti sığınacaq kimi xidmət göstərə
bilər. Digər tərəfdən, düzənlik relyef partlayış şahidlərində
korluğa və başqa problemlərə gətirib çıxara bilər.

Bütovlükdə nəşr qeyd edir ki, yapon paytaxtına çoxsaylı nüvə
zərbəsi nəticəsində on minlərlə insan həlak olacaq, daha
milyonlarla insan zərər çəkəcək. Ekspertlər iddia edirlər ki, belə
ssenari Tokionun II Dünya müharibəsində görmədiyi nəhəng
dağıntılara gətirib çıxaracaq.

Mütəxəssislərin fikrincə, mümkün nəticələrin belə
qiymətləndirmələri nüvə silahının nəhəng gücü haqqında
xatırlatmadır və nüvə silahlarından tam imtinaya ehtiyacın olduğunu
göstərir.

Xatırladaq ki, fevralın 23-də ABŞ Şimali Koreyaya qarşı
sanksiyaları genişləndirib. Sanksiya siyahısına 1 fiziki şəxs, 27
şirkət və 28 gəmi əlavə edilib. “Qara siyahı”ya KXDR şirkətləri ilə
bərabər Çin, Tayvan və Sinqapur şirkətləri də salınıb.

Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi isə bildirib ki,
KXDR blokadaya müharibə ilə cavab verəcək. Qeyd edilib ki, Pxenyan
ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi istənilən blokadanı
müharibə aktı kimi qəbul edəcək.

“ABŞ-ın səhv düşünülmüş hərəkətləri bir daha Koreya yarımadasını
müharibə astanasına gətirərsə, bundan sonra baş verən hər hansı bir
fəlakət bu ölkənin vicdanına buraxılacaq”, – məlumatda deyilib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp