Koalisiya Suriyanı bombaladı – Dinc sakinlər həlak oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bazar günü
Suriyanın iki yaşayış məntəqəsinə – Əş Şaafa və Zahrat-Alvaniyə
hava zərbəsi endirib.

Publika.az xəbər verir ki, hücum nəticəsində 29
dinc sakin həlak olub. Onların əksəriyyəti qadınlar və
uşaqlardır.

ABŞ aviasiyası və Birləşmiş Ştatların müttəfiqləri fevralın 22-ə
keçən gecə İraqın Bu-Kamal şəhəri ilə sərhəddə, ölkənin şərqindəki
Hadcin şəhərinə də hücum edib. Həmin vaxt 12 suriyalı həlak
olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp