Kiyevdə Xocalı soyqırımı anılıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları
Gənclər Birliyi Xocalı fəciəsinin 26-cı il dönümünə həsr olunmuş
“İşğal altında olan ərazilər” mövzusunda açıq müzakirə təşkil
edib.

Publika.az xəbər verir ki, “Xocalıya ədalət”
beynəlxalq kampaniyası çərçivəsində keçirilən müzakirələrdə
Ukraynadakı azərbaycanlı gənclər, diaspor rəhbərləri, yerli
ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə 1992-ci il fevralı 25-dən 26-na keçən gecə erməni hərbi
birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş
vəhşiliklərdən bəhs edilib. Birləşmiş Ukrayna Azərbaycanlıları
Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər
Birliyinin sədri İlhamə Allahverdiyeva və gənc fəallar çıxış edərək
qətliamla bağlı daha məlumat veriblər.

Tədbirin sonunda iştirakçılara Xocalı soyqırımını əks etdirən
kitablar və broşurlar təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp