İlham Əliyev Ərdoğanı təbrik etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü
münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının
firavanlığı naminə Prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm
cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident
İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı nəticəsində
günahsız insanların ermənilər tərəfindən qətlə yetirilməsini bir
daha pisləyib, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə və
xalqımıza baş sağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını
bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan
ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün
sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini
bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp