Güləşçilərimiz Kiyevdə 9 qızıl medal qazandılar



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin
xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq
turnir başa çatıb.

Publika.az xəbər verir ki, 37 ölkədən 500-dək
idmançının iştirak etdiyi turnirdə yığma komandamızın üzvləri 9
qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar.

Yunan-Roma güləşi üzrə yığmamız turniri 4 qızıl, 2 gümüş və 2
bürünc medalla başa vurub. Eldəniz Əzizli (55 kq), Murad Məmmədov
(60 kq), Taleh Məmmədov (63 kq) və Rafiq Hüseynov (82 kq) bütün
rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıblar.
İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final
görüşündə uduzaraq gümüş medalla kifayətləniblər. Elvin Mürsəliyev
(82 kq) və Orxan Nuriyev (97 kq) turnirin bürünc medalına sahib
olublar.

Sərbəst güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə
ediblər. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61
kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) fəxri
kürsünün ən yüksək pilləsinə qalxıblar. Hacı Əliyev (65 kq), Murtuz
Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş
medalına sahib olublar. Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov
(57 kq) qazandırıb.

Qadın güləşçilərimiz turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc
medala layiq görülüblər. Tatyana Omelçenko (62 kq) bütün
rəqiblərini üstələyərək turnirin qızıl medalını qazanıb. Yalnız
final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş medalla
kifayətlənib. Alyona Kolesnik (57 kq) isə yarışı üçüncü pillədə
başa vurub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim
Bəşir İsazadə təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp