Etibar Əsədli Sahib Əsədli və Dilarə Kazımova ilə birlikdə Xocalı ilə bağlı möhtəşəm layihəsini təqdim etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ölkədən kənarda, Parisdə yaşayan gənc caz ifaçısı,
bəstəkar və mahir pianoçu Etibar Əsədli Xocali Soyqırımı faciəsinə
həsr olunmuş yeni layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, azərbaycanlı cazmen,
bəstəkar və pianoçu, virtuoz Etibar Əsədli Xocalı Soyqırımına həsr
etdiyi duyğulu kompozisiyasında muğam hissəsini atası və məşhur
muğam ifaçısı Sahib Əsədli ifa edib, vokalist isə Dilarə Kazımova
olub. Mahnının adı “#613” adlanır. Bu rəqəm Xocalıda ermənilən
tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc əhalinin sayını
göstərir.

“Laylay Xocalım” adlanan kompozisiyanın sözləri Azərbaycanın
xalq şairi Zəlimxan Yaquba aiddir.

Məlumat üçün bildirək ki, E.Əsədli Fransada Caz Akademiyasına
qəbul olunmuş yeganə azərbaycanlıdır.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp