“Ermənistanın faşist rəhbərliyi unutmamalıdır ki, haqq-ədalət zəfər çalacaq”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistanın faşist rəhbərliyi unutmamalıdır ki, gec-tez
haqq-ədalət zəfər çalacaq.

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə
köməkçisi – şöbə müdiri Novruz Məmmədov Tvitter səhifəsində
yazıb.

N.Məmmədov qeyd edib: “1992-ci ildə Ermənistanın hazırkı faşist
rəhbərliyinin də iştirakı ilə Xocalıda törədilən soyqırım və
vəhşilikləri qınayan dövlətlərin sayı ildən-ilə artır. Ancaq onlar
unutmamalıdırlar ki, gec-tez haqq-ədalət zəfər çalacaqdır!”

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi
birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı
həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000
nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub.
106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə
tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə
valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc
sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum
deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp