Çavuşoğlunun Xocalı tviti – FOTO
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı
soyqırımı ilə bağlı Tvitter sosial şəbəkəsində paylaşım
edib.
“Erməni Silahlı Qüvvələri 26 fevral 1992-ci ildə Azərbaycan
torpağı olan Dağlıq Qarabağda, Xocalı şəhərində yüzlərlə
azərbaycanlı məsum qardaşımızı, soydaşımızı vəhşicəsinə qətlə
yetirdi. Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq, təkrar
yaşanmasına imkan vermiyəcəyik”, – deyə Çavuşoğlu bildirib.