Cəlilabadda 19 yaşlı gənc döyüldü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Cəlilabad rayonunda 19 yaşlı gənc döyülüb.
Hadisə rayonun Dövlətəlibəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1999-cu il təvəllüdlü Elsever
Elaydın oğlu Həsənov tanıdığı şəxs tərəfindən döyülüb. O, müxtəlif
dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi
Xəstəxanasına aparılıb və ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. (report)