Bu tapıntılar kriminal tarixin ən sirli qətlinin üstünü AÇA BİLƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fransada aşkar edilmiş insan sümükləri tədqiq
edilir.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, qalıqlar 100 il əvvəl törədilmiş və ölkənin kriminal tarixində
ən sirli qətllərdən biri ilə bağlı ola bilər.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, tapıntı 1923-cü
ildə baş verən hadisəyə işıq sala bilər. Həmin vaxt Finister
departamentinin baş məsləhətçisi Pyer Kemener itmişdi. Hadisə
səlahiyyətlinin SSRİ-yə avtomobil partiyasının çatdırılması ilə
bağlı Parisə işgüzar səfəri zamanı baş vermişdi.

Kemenerin bədəni aşkar edilmədi. Lakin baş məsləhətçinin həlak
olmasında onu müşayiət etmiş məmuru – Morle Qiyoma Sezneki ittiham
etdilər. O, partnyorun qətlində günahkar hesab edilərək ömürlük
azadlıqdan məhrum olunmuşdu. Proses geniş ictimai rezonans doğurdu,
çünki, bir çox hüquqşünasın fikrincə, Seznekin günahının sübuta
yetirilməsi üçün kifayət qədər dəlillər təqdim edilməmişdi.

Maraqlıdır ki, Kemenerin mümkün qalıqları keçmiş çaxır
zirzəmisinin yerində, ittiham edilən məmurun evində aşkarlanıb.
Hüquq-mühafizə orqanları tapılmış sümüklərin Kemenerin yaşına uyğun
olmasına əmin olduqdan sonra, sümüklərin nümunələri onun
dezoksiribinuklein turşusu ilə yoxlanılacaq. Yoxlamanın aparıldığı
müddətdə ev möhürlənənəcək.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp