Biləsuvarda 8 otaqlı evdə yanğın
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Biləsuvarda yanğın olub.
Publika.az FHN-nin saytına istinadən xəbər
verir ki, yanğın rayonun Aman kəndində ümumi sahəsi 288 m2 olan
ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin tavanı 30 m2
sahədə, dam örtüyü və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən
söndürülüb.