Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutuldu
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ukraynanın Zaparojye vilayətində beynəlxalq axtarışda
olan Azərbaycan vətəndaşı saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə sözügedən vilayətin polis
idarəsi məlumat yayıb.
Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi
cinayətlərinin törədilməsinə görə axtarışa verilən 54 yaşlı şəxs
Melitopol şəhərində ələ keçib. O, Ukrayna ərazisində qanunsuz
yaşayıb.
Ona qarşı Ukrayna ərazisində yaşama qaydalarının pozulmasına
görə inzibati protokol tərtib olunub.