Barama “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azercell Telekom MMC-nin Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə
davam edir.

Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai
Birliyinin təşkil etdiyi “Gələcək üçün Startap” layihəsində əsas
tərəfdaş kimi çıxış edir. Layihənin əsas məqsədi gənclərin
innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin
hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların
və Azərbaycanda startap ekosisteminin inkişafına təkan verməkdən
ibarətdir.

2, 5, 6 mart tarixlərində ADA Universitetində layihə
çərçivəsində təşkil olunacaq intensiv təlim və innovasiya konfransı
iştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startap
layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaradacaq.
Martın 2-də 16-25 yaş arası gənclərin iştirakı ilə baş tutacaq
təlimdə təhsil, ətraf mühit, enerji, qida və turizm istiqamətləri
üzrə fikir mübadiləsi aparılıb biznes layihələr hazırlanacaq. 5
mart tarixində isə sahibkarlıq, innovasiya və startup sahəsinə
marağı olan istənilən şəxs konfransda iştirak etmək imkanı
qazanacaq. Konfransda bir sıra ölkələrdə startap ekosisteminin
yaradılmasında iştirak edən beynəlxalq ekspert Tal Katran
iştirakçılarla peşəkar təcrübəsini bölüşəcək.

Konfransda iştirak etmək istəyənlər http://events.ja-azerbaijan.org/register.php​ linki
vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama
İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək
məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən
informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri
və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların
şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 9 il ərzində
bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə
fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda
fəaliyyətdə olan bir sıra uğurlu şirkətlər yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp