Balakəndə 29 yaşlı kişi bıçaqlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Balakəndə bıçaqlanma olub.

Axşam saat 20 radələrində Balakən şəhər sakini 1989-cu il
təvəllüdlü Ruslan Yura oğlu Şıxıyev qarnının ön divarının
kəsilmiş-deşilmiş bıçaq yarası ilə Balakən Mərkəzi rayon
Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, Ruslan Şıxıyevin üzərində
cərrahiyə əməliyatı aparılıb, müalicəsi xəstəxananın reanimasiya
şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumatda Ruslan
Şıxıyevin bıçaqlanmısı faktı təsdiqlənib, hadisə ilə bağlı
araşdırma aparıldığı bildirilib. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp