Bakıda kitab oğrusu tutuldu – FOTOLAR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Nərimanov rayonu, Atatürk prospekti, 9 ünvanında
yerləşən vətəndaş Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan
oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə
zərərçəkən şəxs Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə
şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, həmin yerdən
müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı silsiləsinə aid kitab
və məişət əşyaları oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının
həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri
nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli
bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir
Salmanov saxlanılıb.

Saxlanılan şəxs ifadəsində qeyd edilən anbardan oğurluq etdiyini
etiraf edərək bildirib ki, əldə etdiyi kitabları şəhərin müxtəlif
nöqtələrində yerləşən kitab mağazalarına satıb. Araşdırma zamanı
həmçinin S.Salmanovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə
axtarışda olduğu da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb, araşdırmalar və zəruri istintaq hərəkətləri davam
etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp