Bakıda intihar cəhdin qarşısı alındı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş
məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi
beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək
istəyini nümayiş etdirib.

Publika.az FHN-nin saytına istinadən xəbər
verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər
tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd
etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp