Azərbaycanlı tələbələr Lyublyanada aksiya keçirdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sloveniyanın paytaxtı Lyublyana şəhərində təhsil alan
azərbaycanlı tələbələr Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı
aksiya keçiriblər.

Ölkəmizin Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin
Lyublyanada yerləşən ofisindən AZƏRTAC-a bildiriblər ki, Lyublyana
Universitetində təhsil alan tələbələr aksiya zamanı yerli sakinləri
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüzün
ağrılı faciələrindən olan Xocalı soyqırımı barədə
məlumatlandırıblar. Onlar, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tarixindən, Xocalı soyqırımından və onun
başvermə səbəblərindən bəhs edib, soyqırımını törədənlərin bu gün
hələ də azadlıqda olduqlarını bildiriblər. Vurğulanıb ki,
beynəlxalq ictimaiyyət bəşəriyyətə qarşı törədilmiş bu cinayətə
hüquqi qiymət verməlidir.

Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və əyinlərinə
“Xocalıya ədalət!” sözləri yazılmış köynəklərlə müxtəlif şüarlar
səsləndirib, həmçinin Lyublyana şəhərinin sakinləri və qonaqlara
Xocalı soyqırımı, erməni təcavüzü haqqında məlumatları əks etdirən
broşürlər paylayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp