Ali Məhkəmə Trampı məyus etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Ali Məhkəməsi qeyri-leqal immiqrantların
uşaqlarının müdafiəsi üzrə proqramın ləğvinə icazə
verməyib.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, məsələyə baxılmasını Ali Məhkəmədən ABŞ administrasiyası xahiş
etmişdi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin sentyabr
ayında DACA, yəni valideynlərinin uşaq ikən ABŞ-a qeyri-qanuni
şəkildə gətirdiyi 800 min gənc insan üçün nəzərdə tutulan dəstək
proqramını ləğv edib.

2017-ci ilin payızında Donald Tramp administrasiyası bildirib
ki, proqramı 2018-ci il 5 mart tarixinə qədər bağlamaq
niyyətindədir. Amma iki federal məhkəmə proqramın əsas
müddəalarının saxlanılması barədə göstəriş verib. Ağ Ev bu
qərarlara hələ etiraz etməyib.

DACA proqramı Konqresdə respublikaçılar və demokratlar arasında
fikir ayrılıqlarının əsas səbəblərindən biridir. Bu fikir
ayrılıqları 2018-ci ildə federal hökumətin işində iki dəfə
qısamüddətli fasilələrə gətirib çıxarıb. Demokratlar DACA-nın
uzadılmasından imtina edən respublikaçıların mövqeyi ilə
razılaşmırlar.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp