Ağdaşda avtomobil marketə çırpıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ağdaşda avtomobil marketə çırpılıb. Hadisə
şəhərin özündə olub.
Belə ki, şəhər sakini, 1966-cı il Niqdad Sahir oğlu Mustafayevin
idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı marketə
çırpılıb. Qəza nəticəsində avtomobilin sürücü baş nahiyəsindən
xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (report)